Kasnı bitkisindən qəhvənin hələ ki bu qədər əlçatan olmadığı vaxtlarda onun əvəzinə istifadə edirdilər. Hal-hazırda da kofe əks göstəriş olan insanlar kasnı bitkisindən içki kimi istifadə edirlər. Çünki qəhvə kimi iş qabiliyyətini və əhval-ruhiyyəni yüksəldir. Müasir dövrdə bu bitkiyə yanaşma dəyişilmişdir, ondan yalnız qəhvə əvəzi yox, bir çox xəstəliklərin müalicə və profilaktikasında köməkçi vasitə kimi istifadə edirlər.
Kasnı bitkisinin kökündə müxtəlif faydalı maddələr, vitaminlər, birləşmələr var: B qrupu vitaminləri, karotin, orqanik turşular, inulin və s. Tərkibində olan inulin təbii mənşəli prebiotikdir və aclıq hissinə cavab verən hormonu requlə edir. Ona görə də kasnı bitkisindən daxilə qəbul edərkən toxluq hissi yaranır və bu xüsusiyyətindən arıqlamaq üçün istifadə edirlər. Araşdırmalara görə inulin həmçinin bədəndə olan toksik maddələri, ağır metalları, artıq xolesterini orqaznizmdən çıxarmağa kömək edir. Prebiotik olduğuna görə münbit bağırsaq mikroflorasını yaratmağa kömək edir, həmçinin ümumi immuniteti yüksəldir.
Tərkibində kofein olmadığına görə hamilə və süd verən analar da kasnı bitkisindən içki kimi istifadə edə bilərlər, hətta azyaşlılara da immuniteti qaldırmaq üçün məsləhət görülür.
Kasnı bitkisinin yarpaqlarından xaricə podaqra ağrılarında sarğı kimi istifadə edərlər. Kökündən və toxumlarından alınan dəmləmədən boğaz ağrıları, diş ağrıları zamanı işlədirlər. Qədim xalq təbabətində bütün bitkini qaynadıb vanna qəbul edirdilər, həmçinin günəş şüası almış insanların müalicə və profilaktikasında istifadə edirdilər. Göründüyü kimi kasnı bitkisinin faydaları saymaqla bitmir. Lakin bu kasnı bitkisindən hədsiz istifadə etmək olar demək deyil. Çünki bir çox əks effetklər də verə bilir. Aşağı təzyiqli insanlar, varikoz xəstəliyindən əziyyət çəkənlər, qaraciyər və öd yollarında pozğunluq olan insanlar, həmçinin allergiyası olan xəstələr ehtiyatla istifadə etməlidirlər. Bu bitkidən fayda düzgün şəkildə istifadə etdikdə alınır.